AZAL-da ciddi itki

16:16 4 May 2016

Mayın 7-də “Neftçi” ilə oyuna çıxacaq AZAL-da yenə də heyətlə bağlı problem yaranıb. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Seymur Əsədov, Taqim Novruzov, Kamal Mirzəyev kimi aparıcı oyunçuların xidmətindən yararlana bilməyən baş məşqçi Tərlan Əhmədov indi də Muradın yerini doldurmalıdır. Belə ki, “İnter”lə oyundan əvvəl məşqdə əzələsini dartan yarımmüdafiəçi hələ də həkim nəzarətində müalicə olunur. Klub həkimlərinin rəyinə əsasən Muradın ən azı 10 gün məşqlərdən kənarda qalacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti