"Kəpəz" "Xəzər Lənkəran" üçün

18:50 3 May 2016

“Kəpəz” iki günlük istirahətdən sonra bu gün məşqləri bərpa edib. Gəncə klubu Topaz Premyer Liqasının 33-cü turunda səfərdə qarşılaşacağı “Xəzər Lənkəran” ilə oyuna hazırlaşır. “Sarı-göylər” paytaxtda məşq edir.

Mayın 5-də Bakıda hazırlığı tamamlayacaq komanda bir gün sonra Lənkərana yollanacaq. “Kəpəz” qarşıdakı oyun öncəsi son məşqini matça ev sahibliyi edəcək “Xəzər Lənkəran” mərkəzi stadionunda keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub. 


Digər xəbərlər

Xəbər xətti