"Real"da üzlər gülür: Ronaldo tam hazırdır

00:06 3 May 2016

Madrid "Real"ının forvardı Kriştiano Ronaldo zədədən sonra tam olaraq məşq edib və "Mançester Siti" ilə oyunda meydana çıxmağa hazırdır. 
 
Xatırladaq ki, Ronaldo zədə səbəbilə komandanın son 3 oyununu buraxmışdı. Bu gün isə 31 yaşlı portuqaliyalı heç bir əngəl olmadan komanda yoldaşları ilə birlikdə məşq edib.
 
Bundan başqa Kərim Benzemanın  bu gün yalnız qaçış hərəkətləri ilə kifayətləndiyini qeyd edə bilərik. Benzemanın "Mançester Siti" ilə oyunda iştirakı sual altındadır.


Digər xəbərlər

Xəbər xətti