Məlum olduğu kimi, mayın 1-də keçirilən “İnter”-"Sumqayıt" matçında “İnter”in hücumçusu Rauf Əliyev ciddi zədə almışdı.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, həkim müayinəsi zamanı onun həyatı üçün təhlükə olmadığı müəyyən edilmişdir. Ötən günü xəstəxanada keçirən Rauf Əliyev artıq evə buraxılmışdır və müalicəsini ambulator şəraitdə davam etdirəcək.