“Zirə”nin ilk ev məğlubiyyəti

13:01 2 May 2016

“Zirə” tarixində ilk dəfə Azərbaycan  Premyer Liqasının ev oyununda məğlub olub. 


Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi XXXII turun “Qarabağ”la qarşılaşmasında 0:2 hesabı ilə uduzub. Bunadək öz meydanında keçirdiyi 15 matçda 13 qələbə qazanıb, 3 heç-heçə edən debütantın məğlubiyyətsiz seriyası 16-cı oyunda qırılıb.


Xatırladaq ki, Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsiz ev oyunları seriyası “Neftçi”yə məxsusdur. Bakılılar 1992-96-cı illərdə 57 ev oyununda uduzmayıb.


Digər xəbərlər

Xəbər xətti