"Selta"nın hücumçusu Nolito mövsümün sonunda "Milan"a keçə bilər.
Sportarena.az "El Mundo Deportivo" qəzetinə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu İtaliya təmsilçisi ilə 4 illik müqavilənin razılığını əldə edib.
"Selta" Nolitonu 18 milyona satmağa razıdır. "Milan"dan əlavə onunla "İnter", "Valensiya" və "Atletiko"da yaxından maraqlanırdı.
Qeyd edək ki, cari mövsüm La Liqada 27 oyuna çıxan Nolito 11 dəfə rəqib qapılarına yol tapıb.