Qara Qarayev: "Çempionluğumuzu səngərdə vuruşan əsgərlərimizə həsr edək"

22:10 1 May 2016

Bu gün Azərbaycan Premyer Liqasının XXXII turunda “Qarabağ” səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gələrək, çempionluğunu rəsmiləşdirib.


Matçdan sonra “Qarabağ” klubun futbolçusu Qara Qarayev sportarena.az saytının suallarını cavablandırıb.

- Artıq ikinci ildir ki, “Qarabağ” klubu çempionluğunu doğma meydanda qeyd edə bilmir. Səncə bu nədən irəli gəlir? Klubun taleyinəmi belə yazılıb?
- Yox, belə fikirləşmirəm. Bu gün çempionluğumuzu rəsmiləşdirmişik, amma son oyunumuz doğma meydandadır. İnşallah son oyunda doğma meydanda kuboku başımız üzərinə qaldıracağıq. Düşünürəm ki, doğma meydanda kuboku başımız üzərinə qaldırmaq bizim üçün daha önəmli olacaq.
- Rəşad Sadıqov qeyd etdi ki, bu çempionluğu hələki təmtəraqlı qeyd etməyəcəksiniz. Sən bu barədə nə fikirləşirsən?
- Rəşad deyibsə, yəqin, nəsə bilir ki belə deyib.Rəhbərliyimiz də nə qərar versə, necə qeyd etmək lazım bilsə, biz də razılaşacağıq. Məndə istəmirəm ki, böyük bir tədbir keçirək. Çünki hər gün ölkədə bir şəhid olur. Düşünürəm ki, bu çempionluğumuzu səngərdə vuruşan əsgərlərimizə həsr edək. Buna görə də lazım bilmirəm çempionluğumuzu böyük bayram kimi qeyd etməyi.


Digər xəbərlər

Xəbər xətti