Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən "İnter" - "Sumqayıt" (2:2) matçının son dəqiqələrində ciddi zədələnmə baş verib.
Sportarena.az-ın stadiona ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, matçın son dəqiqələrində "İnter" klubunun futbolçusu Rauf Əliyev "Sumqayıt"ın futbolçusu Cəmil Hacıyevlə toqquşub. Vəziyyəti ağır olan Rauf Əliyev dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.