Ronaldo "Avro-2016"da iştirak etməyə bilər: həkimdən şok açıqlama

15:12 1 May 2016

Portuqaliya millisinin keçmiş həkimi Nunu Kampos "Real"ın futbolçusu Kriştian Ronaldonun zədəsi ilə bağlı şok açıqlama verib.


Sportarena.az "goal.com"a istinadən xəbər verir ki, "Vilyareal"la matçda zədələnən və bu zədə səbəbi ilə 2 matç ("Real Soseydad", "Mançester Siti") buraxan Kriştian Ronaldonun müalicəsi hələ də davam edir.


Nunu Kampos bu barədə verdiyi açıqlamada hücumçunun tam sağalmadan meydana çıxacağı təqdirdə "Avro-2016"dan kənarda qala biləcəyini bildirib:

"Əgər onun zədəsi bildirildiyi kimi, ombanın yuxarı nahiyəsinin mikroyırtığıdırsa, sağalması üçün Ronaldoya 18-21 gün lazımdır. Belə əzələ yırtığının bərpası  12-14 gün davam edir. Daha sonra futbolçuya  5-7 gün əzələlərin tam bərpa olunması lazımdır. Əgər Ronaldo tam sağalmadan oynayacaqsa, "Avro-2016"da çıxış etmək şansını riskə atmış olar".


Digər xəbərlər

Xəbər xətti