Şahin Diniyev: "...məni narahat edir"

13:35 1 May 2016

Dünən Azərbaycan Premyer Liqasının XXXII turu çərçivəsində “Kəpəz” doğma meydanda “Rəvan”la qarşılaşıb (3:2).

 

Sportarena.az xəbər verir ki, matçdan sonra ev sahiblərinin baş məşqçisi Şahin Diniyev matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb.


O, açıqlamasında bunları deyib:
“Həm hesabdan, həm də oyunun gedişindən hiss olundu ki, çətin görüş oldu. Son dövrlər qələbə qazanmaq bizə asan olmur. Komandada yorğunluq var, amma bunu səbəb eləmək istəmirəm. Xarakter hesabına oynamağa çalışırıq və buna da nail oluruq. Birinci hissə yaxşı oynamadıq, qoldan sonra tez sakitləşdik. Fasilədə uşaqlarla ciddi söhbətimiz oldu. Onlara bildirdim ki, hər oyun bizim üçün sanki final görüşüdür. İkinci hissənin əvvəlində sürətli hücumlarla rəqibi təzyiq altinda saxlayib lazım olan qolları vura bildik. İki qol buraxmağımız məni narahat edir. O ki qaldı azarkeşlərimizə, onlar sadəcə, möhtəşəmdirlər. Udduq, uduzduq fərq etmir. Hər zaman bizim yanımızdadılar. “Rəvan”a da göstərdiyi mübarizəyə görə təşəkkür edirəm”. 


Digər xəbərlər

Xəbər xətti