"Barselona"nın hücum triosundan yeni rekord

11:59 1 May 2016

"Barselona"nın hücumçusu Luis Suares dünən La Liqanın XXXVI turunda "Betis"lə qarşılaşmada (2:0) daha bir qol vurub.
 

Sportarena.az xəbər verir ki, bu qoldan sonra katalon klubunun hücum triosu  – Luis Suares , Lionel Messi və Neymar birlikdə 123 qol vuraraq ötənilki nəticəni yaxşılaşdırıblar.
 
Xatırladaq ki, ötən mövsüm trioda ən çox qol vuran futbolçu Messi idi (58). İkinci yerdə Neymar 39, üçüncü yerdə isə Luis Suares  25 qolqərarlaşmışdı.
 
Hal-azırda isə siyahıda sıralama belədir: Suares – 54 qol, Меssi – (40), Neymar – (29)


Digər xəbərlər

Xəbər xətti