Bu gün Azərbaycan Premyer Liqasında XXXII turun son oyunları keçiriləcək.
Sportarena.az xəbər verir ki, son oyun günündə 3 qarşılaşma reallaşacaq.
Günün ilk matçı "İnter Arena"da keçiriləcək. Burada "İnter" Sumqayıtın eyniadlı komandasını qəbul edəcək. Çempionatın bürünc medallarını qazanmaq arzusu ilə mübarizə aparan "İnter" klubu bu matçda gərgin mübarizə aparacaq.
Növbəti matç isə Qəbələdə baş tutacaq. Əyalət təmsilçisi doğma meydanda "Neftçi"ni qəbul edəcək. İlk üçlüyə düşmək uğrunda mübarizə aparan Roman Qriqorçukun komandası bu matçda da qələbə qazanıb turnir cədvəlindəki yerini möhkəmləndirmək niyyətindədir. Avropa Liqasına vəsiqə qazanmaq arzusu ilə alışıb yanan "Neftçi" də bu matçda qələbə qazanıb AZAL-la aralarındakı xal fərqini azaltmağa çalışacaq. Kubokun yarımfinal mərhələsinin ilk oyunlarında üz-üzə gələn bu iki komandanın matçında baş verən hadisələrdən sonra, bugünkü matçın çox gərgin keçəcəyi gözlənilir.
Günün və turun son matçında isə ölkə çempionu müəyyənləşə bilər. Belə ki, "Qarabağ" Zirədə eyniadlı komandanın qonağı olacaq. "Qarabağ"ın bu matçdan minimum 1 xalla ayrılacağı təqdirdə çempion adını rəsmiləşdirəcək.
Azərbaycan Premyer Liqası
XXXII tur
1 may
19:00. “Zirə” – “Qarabağ” 0:2
Qol: Dani Kintana, 28, (0:1), Reynaldo, 74, (0:2)
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Mehman Mahmudov, Fərid Məmmədov
Zirə İdman Kompleksinin stadionu
Mövsümün əvvəlki oyunları: 1:4, 0:0, 0:2
16:30. “Qəbələ” – “Neftçi” 2:2
Qollar: Aleksey Qay, 21, (pen. 1:0), Ruslan Qurbanov, 33, (1:1), Rəşad Sadiqov, 51, (2:1), Elşən Abdullayev, 64, (2:2)
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Munis Abdullayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu
Mövsümün əvvəlki oyunları: 1:0, 0:1, 2:1
16:00. “İnter” – “Sumqayıt” 2:2
Qollar: Vaqif Cavadov, 7, (0:1), Mirsahib Abbasov, 11, (1:1), Amil Yunanov, 19, (1:2), Kvekveskiri Nika, 90+2, (pen. 2:2)
Qırmızı vərəqə: Kamran Ağayev (27, "İnter")
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov
“İnter Arena”
Mövsümün əvvəlki oyunları: 1:1, 2:3, 1:0