Premyer Liqada işləri yaxşı getməyən "Xəzər Lənkəran"ın azarkeşləri də bu durumdan çox narazıdır.
Sportarena.az-a daxil olan məlumata görə, komandanın uğursuz çıxışı azarkeşlərində "səbir kasasını daşırıb". Dünən AZAL məğlubiyyətindən sonra azarkeşlər etirazlarını bildirmək üçün klubun avtobusunun önünü kəsiblər. Futbolçulardan geydikləri formanın haqqını tələb edən azarkeşləri polis müdaxiləsi ilə yoldan çəkmək mümkün olub.
Qeyd edək ki, 32 turdan sonra 14 xal toplayan"Xəzər Lənkəran" I diviziona getməyə namizədlərdəndir.