Bu gün Azərbaycan Premyer Liqasında baş tutan AZAL - "Xəzər Lənkəran" matçında Lənkəranlı azarkeşlər də iştirak edib.
Sportarena.az xəbər verir ki, cənub təmsilçisinin azarkeşləri 7 il öncə ADNA-da baş vermiş terror hadisəsi ilə bağlı pankart hazırlayıblar. Pankartda - " 7il 30.04.09 Terroru Lənətləyirik! " sözləri yazılıb. Lakin bu pankartın stadiona buraxılmasına polislər icazə verməyib.
Qeyd edək ki, AZAL - "Xəzər Lənkəran" matçı 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.