Ronaldonu sağaltmaq üçün basketbol ulduzunun fizioterapevti gətirildi

22:28 30 Aprel 2016

Madrid "Real"ı böyük ehtimalla "Mançester Siti" ilə cavab qarşılaşmasında Kriştiano Ronaldonun xidmətindən yararlana biləcək.
 
Bu mövsüm avrokuboklarda 16 qol vuran 31 yaşlı futbolçu yarımfinal mərhələsinin ilk oyununu buraxmışdı.
 
Ronaldo hazırda basketbol ulduzu Po Qazolun fizioterapevti Xoakin Xuanla çalışır. Onun sözlərinə görə Ronaldo  "Mançester Siti" ilə qarşılaşmaya qədər hazır olacaq.


Digər xəbərlər

Xəbər xətti