"Kəpəz" qələbə qazandı, "Xəzər Lənkəran" məğlub oldu - YENİLƏNİB

19:21 30 Aprel 2016

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilir.

 

Sportarena.az xəbər verir ki, turun ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

 

Turun ilk matçı Gəncədə baş tutacaq. Burada yerli "Kəpəz" paytaxtın "Rəvan" klubunu qəbul edəcək. Son turda "Sumqayıt" klubunu məğlub edən Gəncə təmsilçisi bu matçda da əlindən gələni edib, qələbə qazanmağa çalışacaq. 

Autsayder olmasına baxmayaraq, son matçda AZAL-ı məğlub edən Bəhmən Həsənovun yetirmələri bu oyundan da ən azı 1 xal qaznmaq niyyətindədir. 

 

Günün növbəti matçı Şüvəlanda reallaşacaq.  Burada AZAL "Xəzər Lənkəran"ı qəbul edəcək. 

Avroliqaya getmək niyyətində olan "təyyarəçilər" bu matçda qələbə qazanıb turnir cədvəlindəki yerini möhkəmləndirməyə çalışacaq.

Lakin, "Xəzər Lənkəran" da bu matçda iddialı olacaq. Belə ki, son turda "Rəvan" AZAL üzərində qələbəsindən sonra xal sayını 14-ə yüksəldərək "Xəzər Lənkəran"a çatıb. Bu səbəbdən cənub təmsilçisinin I Diviziona düşmə ehtimalı daha da artıb. "Ağ-yaşıllar" bu matçda var gücü ilə mübarizə aparıb qələbə qazanmağa çalışacaqlar.

 

30 aprel (şənbə)

15:00.“Kəpəz” – “Rəvan”  3:2

Qollar: Julien Ebah, 10, (1:0), Ramazan Abbasov, 40, (1:1), Kənan Müslümov, 46, (2:1, ö.q), Tural Axundov, 60, (3:1), Elnur Abdulov, 89, (3:3)
Hakimlər: Rəvan Həmzəzadə, Elman Musayev, Vüqar Bayramov, Mahir Məmmədov
Gəncə şəhər stadionu

 

17:30.AZAL – “Xəzər Lənkəran” 1:0

Qol: Nuqzar Kvirtiya, 54, (1:0)
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AZAL Arena 


Digər xəbərlər

Xəbər xətti