"Real"ın məşqçilər korpusu üçün həkimlər tərəfindən xoş xəbər yayılıb. Belə ki, bu gün səhər aparılan tibbi müayinədən sonra Kərim Benzemanın zədəsinin ciddi olmadığı aşkar edilib.
Hələlik forvard yüngül məşqlərlə kifayətlənəcək. Fransalı hücumçunun "Mançester Siti" ilə oyunda iştirakına heç bir əngəl yoxdur. Hətta həkimlərin verdiktinə əsasən o , oyuna tam hazır olacaq.
Bütün bunlar Zinəddin Zidanı sevindirir. Belə ki, digər əsas futbolçu Kriştiano Ronaldonun oyunda meydana çıxması böyük sual altındadır.