"Barselona"ya fantastik təklif

22:55 29 Aprel 2016

PSJ-nin məqşçilər korpusu "Barselona"nın yarımmüdafiəçisi Serxio Busketsin xidmətində maraqlıdı.
 

Sportarena.az xəbər verir ki, Paris klubu İspaniya millisinin futbolçusuna görə 100 milyon avro, futbolçunun özünə isə ildə 16 milyon avro ödəməyə hazırdı.

PSJ-nin nümayəndələri bu barədə Busketsə məlumat verərək onun "Barselona" ilə müqavilənin müddətini artırıb-artırmayacağını gözləyirlər.
 
Daha öncə bildirilirdi ki, Buskets klub rəhbərliyinin münasibətindən narazıdı. Rəhbərlik onun yeni müqviləsi ilə bağlı qərarını gecikdirir.
 
Busketsin "Barsa" ilə hazırki müqaviləsinin müddəti 2019-cu ilin yayında bitir.

27 yaşlı futbolçu bu mövsüm La Liqada 32 oyunda iştirak edib, 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti