Neymar 9 milyon dollara təyyarə aldı

15:59 29 Aprel 2016

"Barselona"nın braziliyalı futbolçusu Neymar 9.1 milyon dollara şəxsi təyyarə alıb.


Sportarena.az Braziliyanın "O Globo" qəzetinə istinadən xəbər verir ki, Neymar "Cessna 680" markalı təyyarəni ötən ilin yayında alıb. Lakin jurnalistlər bundan indi xəbər tutublar. 

Ekipaj heyətindən əlavə 12 sərnişin tutumuna malik olan təyyarə saatda 890 km sürətlə uçmağa qadirdir. Bundan əlavə hava gəmisi yerə enmədən 3190 mil (≈ 5133.8 km) qət edə bilir.


Futbolçunun şəxsi təyyarə almaqda məqsədi istirahət günlərində ölkəsinə və İspaniyadan xaricə getmək olduğu bildirilir.


Qeyd edək ki, 2013-cü ildən "Barselona" forması geyinən "sambaçı" bu müddət ərzində çıxdığı 137 matçda 83 qol vurub


Digər xəbərlər

Xəbər xətti