Ronaldo "Mançester Siti"yə qarşı oynaya biləcəkmi?

10:54 29 Aprel 2016

"Real" böyük ehtimalla "Mançester Siti" ilə cavab qarşılaşmasında Kriştiano Ronaldonun xidmətindən yararlana biləcək.
 


Sportarena.az xəbər verir ki, Ronaldo hazırda basketbol ulduzu Po Qazolun fizioterapevti Xoakin Xuanla çalışır. Onun sözlərinə görə Ronaldo "Real Sosyedad"la oyunu buraxacaq. Amma "Mançester Siti" ilə qarşılaşmaya qədər tam hazır olacaq.

 

Xatırladaq ki, bu mövsüm avrokuboklarda 16 qol vuran 31 yaşlı futbolçu yarımfinal mərhələsinin ilk oyununu buraxmışdı.


Digər xəbərlər

Xəbər xətti