Azərbaycan Premyer Liqasının XXXII turunda Gəncə şəhər stadionunda “Rəvan”ı qəbul edəcək “Kəpəz” dünəndən qarşıdakı matçın hazırlığına başlayıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “sarı-göylər” Bakıda məşq edib.
Komandanın bir müddət zədəli olan futbolçusu Namiq Ələsgərovun durumu yaxşılaşdığından o, artıq qrup halında məşqlərə qoşulub. Bundan öncə üç gün həkim nəzarəti altında fərdi halda hazırlaşan Ələsgərov əsasən bərpaedici məşqlər üzərində işləyib.
Bu gün Bakı hazırlığını tamamlayan “Kəpəz” sabah Gəncəyə geri dönəcək. Komandanın “Rəvan” ilə oyundan öncəki məşqi görüşə ev sahibliyi edəcək arenada keçiriləcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.