"Mançester Siti" ilə qarşılaşmada zədələnərək əvəzlənən "Real" klubunun fransalı futbolçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu bu gün növbəti dəfə həkim müayinəsindən keçib.
Müayinədən sonra futbolçunun budunun arxa hissəsində əzələ zədələnməsi olduğu aşkarlanıb.
Onun hansı müddətə oynamayacağı isə hələ ki, məlum deyil.
Qeyd edək ki, 28 yaşlı futbolçu 0:0 hesabı ilə başa çatan matçın 46-cı dəqiqəsində zədələnərək meydanı tərk etmişdi. Onun yerinə meydana Xames Rodriges daxil olmuşdu.