Ronaldonun zədəsi ciddi oldu: növbəti matçı da buraxacaq

13:59 28 Aprel 2016

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldonun daha bir oyunu buraxacağı gözlənilir.


Sportarena.az xəbər verir ki, zədə səbəi ilə Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda "Mançester Siti"yə qarşı keçirilən matçda (0:0) iştirak etməyən futbolçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Belə ki, qasıq əzələsində yırtığ olduğu aşkarlanan futbolçunun, La Liqanın XXXV turunda "Real Soseydad"la matçda iştirak etməyəcəyi bildirilib. 


Futbolçunun "Mançester Siti"yə qarşı cavab oyununda iştirak edib-etməyəcəyi isə oyun günü keçəcəyi tibbi müayinədən sonra müəyyənləşəcək.


Qeyd edək ki, "Real" - "Mançester Siti" matçı aprel ayının 4-ü, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti