"Barselona" Neymarı satışa çıxarır

22:33 25 Aprel 2016

"Real" və "Atletiko" ilə çempionluq mübarizəsi aparan "Barselona" iqtisadi cəhətdən də müəyyən mənada sıxıntı keçirir. Luis Suarez və Messiylə  birlikdə komandanın ən önəmli 3 fiqurundan biri olan Neymarın gələcəyi də azarkeşləri narahat edən məqamlardandır.
 
İngiltərənin  The Sun qəzeti bu gün öz buraxılışında braziliyalı ulduzun gələcəyi ilə bağlı çox maraqlı açıqlamalar verib. Kataloniya klubu Messi , Suares və İnyesta kimi ulduzları əlində saxlamaq və iqtisadi tarazlığı pozmamaq üçün Neymarı satışa çıxaracaq.
 

Xatırladaq ki, Neymarın müqaviləsində sərbəst qalma opsiyonu kimi 190 milyon avroluq bir məbləğ qeyd edilib. Hazırda futbolçunu ən çox transfer etmək istəyən klublar arasında PSJ və "Mançester Yunayted"in adı çəkilir.Hətta onlar Neymarın hazırki məvacibinin 3 qatını təklif edir.
 
Xəbərdə sponsorsuz yeni stadionun inşası üçün "Barselona"ya pul lazım olduğu iddia edilir. Məlumata görə klub bununla məvacib balansını da düzəldəcək.k


Digər xəbərlər

Xəbər xətti