Samir Abbasov: "Onların əziyyətin yerə vurmaq olmaz"

17:38 24 Aprel 2016

Azərbaycan Premyer Liqasının XXXI turu çərçivəsində doğma meydanda "Kəpəz"i qəbul edən "Sumqayıt" 2:3 hesablı qələbə qazanıb.
 
Sportarena.az xəbər verir ki, oyunsonrası keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov bunları qeyd edib:
 
"Bilmirəm nə baş verirdi. Əgər mətbuat konfransına gəlmək məcbur olmasaydı, gəlməzdim. İstəyirəm ki, çempionat tez başa çatsın. Əvəzedici heyətimiz çempionatda 3-cü yerdə gedir. Onların əziyyətin yerə vurmaq olmaz. Ona görə də, onları əsas komandaya gətimək düzgün olmaz".
 
- Vaqif Cavadov çoxlu top itkilərinə yol verirdi...
- Mən saydım. O, cəmi 3 dəfə topu itirdi. Vaqif meydanda ən yaxşılardan idi. 
 
- Mövsümün tez başa çatmağını istəməyənizə səbəb nədir?
- Heyəti tam dəyişəcəm. 12-13 futbolçu ilə danışıqlara başlamışıq. Bu heyətdən cəmi 6 futbolçu saxlayacam.(Sportal.az)


Digər xəbərlər

Xəbər xətti