DƏQİQLƏŞDİ: Ronaldo matçı buraxacaq

00:09 23 Aprel 2016

"Real"  baş məşqçisi Zinəddin Zidan, "Vilyareal" matçında zədə alan Kriştiano Ronaldonu "Rayo Valekano" ilə oyunda qorumaq üçün oynatmayacaqlarını bildirib.

"Barselona"nın ardıcıl xal itkilərindən  sonra  La Ligadakıçempionluq yarışına dönən "Real"ın "Vilyareal"la matçın son anlarında baldırından zədələnən  Ronaldonun ciddi bir problemi yoxdur. Lakin portuqaliyalı ulduz çempionlar liqasında  "Mançester Siti" ilə qarşılaşma üçün tam hazır olmağına görə turu buraxmalı olacaq.

Qeyd edək ki, "Rayo Vallekano" ilə  "Real" arasındakı La Liga qarşılaşması bu gün Bakı vaxtilə saat 18-00-da başlayacaq.
 


Digər xəbərlər

Xəbər xətti