Qurban Qurbanov: "Çempionlar Liqası üçün 2 ay sonra plan hazırlayacağıq"

21:23 22 Aprel 2016

“Çox vacib qələbə qazandıq.  Matçın sonlarına yaxınlaşdıqda futbolçular bir az tələsməyə başladı. Ümumiyyətlə “İnter”ə qarşı matçlarımız həmişə çox çətin olur. Amma futbolçularımız diqqətli oynadılar və sonda qələbə qazandıq. Bu qələbə münasibətilə bütün futbolçularımı təbrik edirəm. “İnter” komandasına da növbəti görüşlərdə uğurlar arzulayıram”.


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXXI turunda “İnter”ə 2:0 hesabı ilə qalib gəlmiş “Qarabağ” klubunun baş məşçisi Qurban Qurbanov deyib.


Bu qələbə ilə Çempionlar Liqasına vəsiqə qazanmaq üçün şansları daha da artıb. Təcrübəli mütəxəssis açıqlamasında bununla bağlı fikirlərini də bölüşüb.

“Biz hələ tam çempion olmamışıq. Bu qələbə ilə şanslarımız bir az da artdı. Buna baxmayaraq, həmin turnirə 2 ay vaxtımız var. Düşünürəm ki, bu vaxt ərzində Çempionlar Liqası planlarımızı qarşıdakı müddət ərzində hazırlayacağıq”.


Digər xəbərlər

Xəbər xətti