İspaniya yığmasının baş məşqçisi Visente Del Boske Torresin milliyə yenidən dəvət almasında heç bir problem görmür.
Sportarena.az "Marca" qəzetinə istinadən xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis açıqlamasında bildirib.
O, Torresin yenidən milliyə dəvət edilə biləcəyini deyib.
"Heç bir futbolçu üçün millinin qapıları bağlı deyil. Bunun da səbəbi bizi ən yaxşılarının maraqlandırmasıdır. Torres milliyə dəvət ala bilər", – deyə Del Boske bildirib.
Qeyd edək ki, hal-hazırda "Atletiko"nun heyətində çıxış edən Torres son 5 matçda 5 qol vurub.