Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura 1 oyunla start veriləcək.
Sportarena.az xəbər verir ki, Premyer Liqamızın lideri "Qarabağ" doğma meydanda "İnter"i qəbul edəcək.
Ardıcıl 7 oyunda məğlubiyyətin nə olduğunu bilməyən "köhlən atlar" bu matça da favorit qismində çıxacaqlar. Lakin, heyətində ciddi itkilər olmasına baxmayaraq, inamlı təsir bağışlayan "İnter" bu matçdan əliboş ayrılmaq niyyətində deyil.
Turun mərkəzi matçı hesab edilən bu qarşılaşma saat 19:00-da, "Azərsun Arena"da start götürəcək.
22 aprel (cümə)
Azərbaycan Premyer Liqası, 31-ci tur
19:00. "Qarabağ" – "İnter" 2:0
Qollar: Reynaldo, 12, (1:0), Muarem, 50, (2:0)
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov
"Azersun Arena"