"Qəbələ" 1/4 finalda

00:47 22 Aprel 2016

“Qəbələ”nin aşağı yaş qrupları üzrə olan komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, çempionluğu 2 tur əvvəl təmin edən U-16-nın qələbə seriyası qırılıb. 


Keçirdiyi 26 matçın hamısında qalib gələn “qırmızı-qaralar” “Neftçi” ilə ev oyununda 0:1 hesabı ilə uduzub. 27 turdan sonra komandanın hesabında 78 xal var. U-15 də çempion titulu ilə 2-ci matça çıxıb. “Qəbələ” Siyəzənin “Neftçi” İK İB komandasını 3:0 hesabı ilə məğlub edib. Bununla da “qırmızı-qaralar” 33 oyundan sonra xal hesabını 97-yə çatdırıb. 


“Sumqayıt”la ev oyununda 1:2 hesabı ilə uduzan U-17 24 oyundan sonra 57 xalla 3-cü pillədə qərarlaşıb. U-19 Liqada 18 oyundan 49 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” 1 xal geridə olduğu liderdən 3 oyun az keçirdiyindən yarışın potensial lideridir.


U-10 Liqasında final mərhələsinə start verilib. 1/8 finalda “Daşqın”la üz-üzə gələn “Qəbələ” hər iki oyunda rəqibinə qalib gəlib. Komanda evdə 3:0, səfərdə 9:2 hesabı ilə qələbə qazanaraq 1/4 finala yüksəlib.


Digər xəbərlər

Xəbər xətti