"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldonun zədəsi ciddi deyil.
Sportarena.az xəbər verir ki, bu barədə futbolçu şəxsi "instagram" hesabında paylaşım edib.
Futbolçu şəxsi səhifəsində şəkil paylaşaraq: "Hər şey yaxşıdır. Dəstəyinizə görə təşəkkür edirəm", - deyə yazı yazıb.
Qeyd edək ki, yayılan məlumatlara görə, futbolçu "Vilyareal"la matçda ombasından zədələnib. Onun La Liqaının XXXV turunda "Rayo Valekano" ilə olan matçı buraxacaqı da bildirilirdi.