"Kəpəz" ciddi itki ilə hazırlaşır

17:33 21 Aprel 2016

Azərbaycan Premyer Liqasının XXXI turunda “Sumqayıt”ın qonağı olacaq “Kəpəz” məşqlərini davam etdirir. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda qarşıdakı matça Bakıda hazırlaşır.


“Sarı-göylər”in heyətinə cəzalı olmasa da, itki var. Namiq Ələsgərov zədəli olduğundan “Sumqayıt” ilə görüşdə “Kəpəz”ə kömək edə bilməyəcək.

Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” oyunu aprelin 24-də saat 14:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti