"Qarabağ" stadionunu dəyişdi

17:15 21 Aprel 2016

“Qarabağ”ın planında dəyişiklik olub. 


Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin mayda “Sumqayıt”la keçirəcəyi qarşılaşma Zirə Olimpiya Kompleksində yox, "İnter Arena"da baş tutacaq.
 

Mayın 5-21-i aralığında Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının bəzi matçları Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda oynanılacaq. Bu da “Qarabağ”ın həmin ərəfədəki 3 görüşünü – Azərbaycan Kubokunun yarımfinal mərhələsində mayın 4-də “İnter”lə, həmçinin Premyer Liqanın XXXIII turunda “Sumqayıt” (7 may) və XXXIV turunda “Qəbələ” (11 may) ilə ev matçlarını Zirə Olimpiya Kompleksinə salmasına səbəb olmuşdu. Tərəflər hətta razılıq da əldə etmişdilər.

 
Lakin rəhbərlik planda dəyişiklik edib. Zirə variantı son anda baş tutmadığından, “Qarabağ” başqa stadion axtarışına çıxıb. Ağdam klubu hələlik yalnız “Sumqayıt”la qarşılaşmanın “İnter Arena”da keçirilməsini qərara alıb. Digər iki oyunla bağlı isə hazırda danışıqlar gedir.

 
Qeyd edək ki, mayın 5-6-da ilk, 8-9-da ikinci, 11-12-də üçüncü turun görüşlərini qəbul edəcək Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda 6 matç keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti