"Real"da ciddi itki: Ronaldo zədələndi

12:50 21 Aprel 2016

"Real" klubu ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, "kral klubu"nun ulduz futbolçusu Kriştiano Ronaldo zədələnib. Bu hadisə dünən İspaniy La Liqasının XXXIV turunda "Vilyareal"a qarşı keçirilmiş matçda baş verib. Belə ki, ulduz futbolçu ombasından zədələnsə də matçın sonuna qədər mübarizə aparıb.

Oyundan sonra tibbi müayinədən keçən portuqaliyalı futbolçunun növbəti matçı buraxacağı bildirilib.


Qeyd edək ki, "Real" növbəti matçını aprelin 23-ü "Rayo Vallekano"ya qarşı keçirəcək. 


Digər xəbərlər

Xəbər xətti