"Qarabağ"la oyuna adi qaydada hazırlaşırıq. Rəqibin çox yaxşı komanda olduğunu bilirik. Yaxın 3 oyunu məhz "Qarabağ" komandasına qarşı keçirəcəyik. Ona görə də, çox çətin mərhələ olduğunu anlayırıq. Buna baxmayaraq, yaxşı oynamağa çalışacağıq".
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXXI turunda "Qarabağ"la qarşılaşacaq "İnter"in baş məşqçisi Zaur Svanadze, klubun rəsmi saytına açıqlamasında deyib
Təcrübəli mütəxəssis qarşıdan gələn çətin oyun öncəsi heyətdə olan zədəlilərin durumuna da aydınlıq gətirib:
"Rauf Əliyevi nöbvəti oyunda görməyə ümid edirəm. O, 30-45 dəqiqə oynamağa hazırdır. Nizami Hacıyev fərdi qaydada məşq edir. Təqribən iki həftəyə meydana dönəcək. İlkin Qırtımov da zədəlidir. Qızdırmadan əziyyət çəkən Abbas Hüseynov da oyunu buraxmalı olacaq. Sezar Meza Kolli artıq komanda ilə məşq edir. Amma paraqvaylı oyunçunun "Qarabağ"la oyuna çıxacağı hələlik sual altındadır. Kamran Ağayev də komandayla birlikdə məşq edir. Ümid edirik ki, yaxın gələcəkdə onu meydanda görəcəyik".
Baş məşqçi klubun çətinliklərinə baxmayaraq, ilk üçlüyə düşmələri üçün mübarizə aparacaqlarını bildirib:
"Çətinliklər var, amma biz ilk üçlüyə düşmək üçün var gücümüzlə çalışacağıq. Bunu çox istəyirik və ciddi hazırlaşırıq".