Neymarın hansı turnirdə iştirak edəcəyi dəqiqləşdi

11:05 21 Aprel 2016

"Barselona" və Braziliya Futbol Federasiyası Neymarın bu yay iştirak edəcəyi turnirlərlə bağlı razılıq əldə edib. 
 

Sportarena.az xəbər verir ki, bu barətə "Barselona" klubunun rəsmi saytı məlumat yayıb.


Məlumatda bildirilir ki, tərəflərin razılığına əsasən forvard 3-26 iyun aralığında ABŞ-da keçiriləcək Amerika kubokunu buraxacaq. Lakin, 24 yaşlı futbolçu Rio Olimpiadasında iştirak edəcək (3–21 аvqust).
 

Bununla bağlı "Barselona" klubu Braziliya Futbol Konfederasiyasına təşəkkürünü bildirib.


Digər xəbərlər

Xəbər xətti