AZAL klubu avrokuboklar üçün "Bayıl Arena"nı da sifariş edib

18:47 20 Aprel 2016

Bakının AZAL klubu avrokuboklar üçün ehtiyat stadion kimi "Bayıl Arena"nı sifariş edib. 


Sportarena.az xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Fikrət Hüseynov məlumat verib.


Onun sözlərinə görə, artıq stadionla müqavilə də bağlanılıb. İlkin təsnifat mərhələsinin oyunları Şüvəlanda yerləşən "AZAL Arena"da keçiriləcək. Komanda "pley-off"a və qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, rəqiblərini "Bayıl Arena"da qəbul edəcək.

 

Qeyd edək ki, AZAL hazırda Premyer Liqada 42 xalla 6-cı pillədə qərarlaşıb. "Zirə" və "İnter" avrokuboklara buraxılmayacağı təqdirdə, bu mövqe "təyyarəçilər"un avrokuboklara vəsiqə qazanmasına kifayət edir.(Report)


Digər xəbərlər

Xəbər xətti