"Barselona" PSJ-nin yarımmüdafiəçisi Marko Verattini transfer etmək niyyətindədir.
Sportarena.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, Katalon təmsilçisi Paris klubuna 60 milyon avro ödəməyə hazırdır. Klub 23 yaşlı futbolçuya isə illik 6 milyon məvacib təklif edir. Məlumata görə, tərəflər arasında ilkin görüş artıq baş tutub.
Xatırladaq ki, fevralda Verratti PSJ ilə olan müqaviləsini 2020-ci ilə qədər artırmışdı. Bu səbəbdən onun məvacibi 4 milyon avroya qaldırılmışdı.