"Zirə"nin prezidenti: "Futbolçularımızı başqa klublara icarəyə verə bilərik"

18:31 19 Aprel 2016

Bu gün AFFA Klublar komitəsinin növbəti iclası keçirilib. 


Sportarena.az xəbər verir ki, iclasdan sonra "Zirə"nin prezidenti Vüqar Astanov jurnalistlərin suallarını cavablandırıb: 

- Dünən AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib ki, "Zirə"nin avrokuboklara getməsi mümkün deyil. Maraqlıdı, "Zirə" avrokuboklara vəsiqə verən yeri tutsa, iştirak edəcəkmi?
- Bizdən asılı olan, hər şeyi etmişik. Lazımi orqanlara bütün sənədləri təhvil vermişik. İndi isə cavab gözləyirik. Bu isə, səhv etmirəmsə mayın ortalarında bəlli olacaq.


- Bəs Elxan Məmmədov niyə belə açıqlama verib?
- Bunu dəqiq deyə bilmərəm.


- Nelson Bonilla cari mövsümdə ümidləri doğruldur. Onu gələn mövsüm "Zirə"də görə biləcəyikmi?
- Onun bizimlə 1+1 illik müqaviləsi var. Mayın əvvəlində onunda danışıq masasına oturacağıq.


- Mətbuatda "Zirə"nin Mingəçevirə köçəcəyi ilə bağlı xəbərlər yayılıb. Bu nə dərəcədə doğrudur?
- Belə bir söhbət olmayıb, olada bilməz. Klubun adı "Zirə"dir. Komandanı bölgə təmsilçisi kimi də hesab etmək olar.


- "Zirə"də ciddi dəyişikliklər gözlənilirmi?
- Xeyr, heç bir dəyişiklik gözlənilmir. İnşallah eyni heyətlə yolumuza davam edəcəyik.


- Sizə elə gəlmir ki, komanda avrokuboklarda iştirak edə bilməsə, bu heyətlə yola davam edə bilməyəcəksiniz...
- Biz onsuz da,mövsümün əvvəlində qarşımıza avrokuboklara vəsiqə qazanmaq məqsədi qoymamışdıq.


- AZAL və "Kəpəz" kimi komandaların avrokuboklarda oynamaq şansı var. "Zirə" oyunçularını yardım üçün həmin klublara icarəyə verə bilər?
- Ola bilər.Bu barədə danışıq apararıq. Düşünürəm ki, problem olmaz.(qafqazinfo)


Digər xəbərlər

Xəbər xətti