Taqim Novruzov Bakıya qayıtdı

18:14 19 Aprel 2016

Azərbaycan Premyer Liqasının 25-ci turunun AZAL - “Neftçi” matçında ağır zədə alan Taqim Novruzov Ukraynada əməliyyat olunaraq Bakıya qayıdıb. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən Bakıya dönən futbolçu Kiyevin “Doktor Linko” klinikasında məşhur cərrah Valeri Novikov tərəfindən əməliyyat olunub. 


Sağ ayağının ön çarpaz bağlarının tam qopması diaqnozu ilə Kiyevə yollannan Taqim indi özünü yaxşı hiss edir və bir müddət sonra fizioterapiya müalicəsinə başlayacaq. Ukraynalı həkimlərin verdiyi təlimata əsasən Novruzov təxminən 3 həftədən sonra yüngül qaçışla məşğul ola bilər.


Digər xəbərlər

Xəbər xətti