"Real"ın ulduz futbolçusu Kriştian Ronaldo karyerasını PSJ-də davam etdirə bilər.
Sportarena.az "France Football" nəşrinə istinadən xəbər verir ki, futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Volfsburq"la matçdan sonra özəl təyyarəsi ilə Fransanın paytaxtına gəlib. Məlumata görə futbolçu Fransada PSJ klubunun prezidenti Nasir əl-Xelayfi ilə görüşüb. Bu tərəflər arasında artıq 5-ci görüşmə olub.
Məlumatda bildirilir ki, klub yayda komandanı tərk edəcək Zlatan İbrahimoviçin yerini Kriştiano Ronaldo ilə doldurmaq fikrindədir.