"Xəzər Lənkəran"la matç öncəsi "Qəbələ"də 4 ciddi itki

16:13 19 Aprel 2016

"Qəbələ" Azərbaycan Premyer Liqasının XXXI turunda "Xəzər Lənkəran"a qarşı keçiriləcək matça ciddi itkilərlə çıxacaq.

 

Sportarena.az  xəbər verir ki, İntizam Komitəsinin qərarı ilə bir oyunluq diskvalifikasiya olunan baş məşqçi Roman Qriqorçukdan əlavə komandada daha 4 itki var.


Belə ki, sarı vərəqə limiti dolduğu üçün Voyislav Stankoviç və Elvin Camalov sözügedən matçda komandasına kömək edə bilməyəcklər. Zədə səbəbilə isə Rafael Santos və Ruslan Abışov meydanda olmayacaq.


Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qəbələ" matçı aprelin 23-ü, saat 16:30-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti