"Qəbələ" ilə matçda topuğundan zədlənən "İnter" klubunun qolkiperi Kamran Ağayev məşqlərə başlayıb.
Sportarena.az xəbər verir ki, 2 həftə yaşıl meydanlardan uzaq qalan futbolçu bu gün komanda ilə birlikdə məşq edib. Lakin onun "Qarabağ" ilə matçda meydana çıxıb-çıxmayacağı hələ ki, məlum deyil.