Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az xəbər verir ki, bu gün keçirilən iclasda Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatının XXX turunda reallaşan matçlarda baş vermiş qayda pozuntuları ilə əlaqədar müvafiq cəzalar tətbiq olunub.
Əvəzedici heyətlərin XXX turunun “Qəbələ” – “Rəvan” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub).
Əvəzedici heyətlərin XXX turunun “Kəpəz” – “İnter” matçında “Kəpəz” klubunun 11 №-li futbolçusu Zahid Sadıxovhakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Əvəzedici heyətlərin XXX turunun AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.