"Qəbələ"yə cəza yağmuru, "Neftçi"nin futbolçusu bağışlandı

12:30 19 Aprel 2016

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 

 

Sportarena.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXX turunda keçirilimiş matçlarda baş vermiş qayda pozuntularına müvafiq cəzalar tətbiq olunub.

 

Azərbaycan Premyer Liqasının XXX turunun “Qəbələ” – “Rəvan” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

Oyunun 61-ci dəqiqəsində “Rəvan” klubunun 3 №-li futbolçusu Saşa Yunisoğlu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyunun 88-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydaların pozduğuna görə 1 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının XXX turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

“Neftçi” – “Qarabağ” matçının 23-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu  Ruslan Qurbanov sarı vərəqə ilə cəzalandırılıb.

 

“Neftçi” klubu bu epizodla bağlı İntizam Komitəsinə müraciət ünvanlayaraq öz etirazlarını bildirib.

 

İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarı qəbul edir:

 

Oyunun 23-cü dəqiqəsində “Neftçi” klubunun 11 №-li futbolçusu Ruslan Qurbanova simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunub.

 

Azərbaycan Premyer Liqasının XXX turunun AZAL – “Sumqayıt” matçında AZAL və “Sumqayıt” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 1000 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti