"Real" Kərim Benzema ilə müqaviləni artırmaq niyyətindədir.
Sportarena.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, madridlilər fransızla sözləşməni 2020-ci ilə qədər artırmaq istəyir. Eyni zamanda futbolçunun məvacibini də yarım milyon qaldıraraq 6,5 milyon avro etməyə razıdır.
Qeyd edək ki, 2 il əvvəl "Real" Benzema ilə müqaviləni 2018-ci ilə qədər artırmışdı.