Neymar rəqibini belə vurdu - VİDEO

23:08 18 Aprel 2016

"Barselona"nın ulduz futbolçusu Neymar bir neçə oyunluq diskvalifikasiya edilə bilər.
 
Sportarena.az xəbər verir ki, buna səbəb futbolçunun dünən "Valensiya" ilə qarşılaşmada (1:2), "yarasalar"ın müdafiəçisi Antonio Barraqana yumruq zərbəsi endirməsi ola bilər. Belə ki, braziliyalı futbolçu arxadan gələrək "Valensiya"nın müdafiəçisinə yumruq zərbəsi endirib. Barraqan da öz növbəsində Neymara cavab zərbəsi endirmək istəyərkən komanda yoldaşları hər iki futbolçunu sakitləşdirib. Bu hadisə matçın baş hakiminin gözündən yayınıb. Lakin, oyunun videosu izlənildikdən sonra  braziliyalı futbolçuya cəza veriləcəyi gözlənilir.
 
Qeyd edək ki, dünən keçirilən matçda məğlub olan "Barselona" 76 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Onunla eyni xala malik olan "Atletiko" isə 2-ci yerin sahibidir.

 


Digər xəbərlər

Xəbər xətti