Elnur Cəfərovun İspaniyaya nə zaman gedəcəyi məlum oldu

16:55 18 Aprel 2016

"Xəzər Lənkəran"ın hücumçusu Elnur Cəfərov yayda İspaniyanın "Real Ovyedo" klubunun düşərgəsinə yollanacaq. 


Sportarena.az xəbər verir ki, ispanlar onu birbaşa müqaviləyə dəvət edəcəklər. Amma tərəflərin hansı müddətə anlaşacağı bilinmir.


Qeyd edək ki, Cəfərov bu qış "Real Ovyedo"nun düşərgəsində baxışda olmuş və bəyənilmişdi. Amma "Xəzər Lənkəran" rəhbərliyi ilə razılıq əldə olunmadığından, Elnurun İspaniya klubuna keçidi alınmamışdı.(azerisport.az)


Digər xəbərlər

Xəbər xətti