"Sumqayıt"ın 50-ci uğursuz səfəri

13:34 18 Aprel 2016

Premyer Liqasının 30-cu turunun AZAL-la qarşılaşması “Sumqayıt” üçün yubiley məğlubiyyəti ilə yadda qalıb.
 


Sportarena.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi səfərdə 50-ci dəfə uduzub. 


Premyer Liqada çıxış etdiyi müddətdə rəqib meydanında keçirdiyi 81-ci matçda qeydə alınan 0:1 hesablı yenilgi yubiley uğursuzluğu kimi tarixə düşüb. 


İndiyədək səfərdə 9 qələbə qazanan “Sumqayıt” 10-cu, yubiley uğurunu bu dəfə də qazana bilməyib. Doğma arenadan kənarda 22 heç-heçəsi olan sumqayıtlılar rəqib meydanlarında 69 qol vurub, 153-nü buraxıb.


Digər xəbərlər

Xəbər xətti