"İnter"də ciddi itki: 2 həftə oynamayacaq

12:50 18 Aprel 2016

Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən “Kəpəz” - “İnter” matçında zədələnərək meydanı tərk edən "İnter"in müdafiəçisi İlkin Qırtımovun durumuna aydınlıq gəlib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən həkim müayinəsindən sonra İ.Qırtımovda əzələ dartılması aşkar olunub. Futbolçunun iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, "Kəpəz" - "İnter" matçı 1:1 hesablı bərabərliklə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti